Misirin "Əl-Əhli" klubunun qapıçısı Ziad Ehab faciəvi hadisə nəticəsində dünyasını dəyişib.
"Report" "kinfut"a istinadən xəbər verir ki, 19 yaşlı qolkiper yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Gənc oyunçu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
"Əl-Əhli"nin gənclərdən ibarət komandasının direktoru bildirib ki, Ehab ölkənin ən istedadlı qapıçılarından biri idi.