Frenk Lempard Şotlandiya klubunun baş məşqçisi təyin oluna bilər

Frenk Lempard Şotlandiya klubunun baş məşqçisi təyin oluna bilər Frenk Lempard Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi təyin oluna bilər.
Futbol
3 Oktyabr , 2023 17:58
Frenk Lempard Şotlandiya klubunun baş məşqçisi təyin oluna bilər

Frenk Lempard Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi təyin oluna bilər.

“Report” “Telegraph” nəşrinə istinadən xəbər verir ki, Qlazqo təmsilçisi 45 yaşlı mütəxəssislə danışıq aparmağa hazırlaşır.

“Reyncers” ölkə çempionatının VII turunda “Aberdin”ə məğlubiyyətin (1:3) ardından oktyabrın ilk günündə baş məşqçisi Maykl Bili istefaya göndərib. Bu posta ilk namizəd məhz Lempard göstərilir.

AZ (Niderland) klubunun çalışdırıcısı Paskal Yansen, Fransa təmsilçisi “Monako”nun sabiq baş məşqçisi Filip Klemen və Yaponiyanın “Yokohama Marinos” klubunun "sükanı arxasında" olan Kevin Muskat alternativlərdir.

Qeyd edək ki, Frenk Lempard son olaraq bu ilin aprel-iyun aylarında İngiltərə təmsilçisi “Çelsi”yə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi