Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində II tura yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə 6 qrupda 15 görüş keçirilib.
B qrupunda İspaniya yığması səfərdə Gürcüstanı çətinliklə, İsveç isə Kosovonu böyük hesabla məğlubiyyətə uğradıb.
C qrupunda İsveçrə evdə Litvanı 1:0, İtaliya səfərdə Bolqarıstanı 2:0 hesabı ilə yenib.
D qrupunda dünya çempionu Fransa millisi səfərdə Qazaxıstana 2:0 hesabı ilə qalib gəldiyi halda, Ukrayna evdə Finlandiya üzərində qələbəni son anda qaçırıb - 1:1.
F qrupunda Danimarka Moldovanı 8:0, Avstriya Farer adaları yığmasını 3:1 hesabı ilə yenib. İsrail yığması isə evdə Şotlandiya ilə heç-heçə edib - 1:1.
I qrupunda İngiltərə səfərdə Albaniyaya 2:0, Macarıstan San Marinoya, Polşa isə Andorraya 3:0 hesabı ilə qalib gəlib.
J qrupunda isə Ermənistan İslandiyanı 2:0, Şimali Makedoniya Lixtenşteyni 5:0, Almaniya Rumıniyanı 1:0 hesabı ilə üstələyib.
DÇ-2022, seçmə mərhələ
II tur
28 mart
B qrupu
20:00. Gürcüstan - İspaniya - 1:2
Qollar: Xviça Kvaratsxeiliya, 44 - Ferran Torres, 56. Dani Olmo, 90+2
Qırmızı vərəqə: Levan Şengeliya, 90+4 (Gürcüstan)
22:45. Kosovo - İsveç - 0:3
Qollar: Ludviq Auqustinsson, 12. Aleksander İsak, 35. Sebastian Larsson, 70 (pen.)
Qırmızı vərəqə: Bernard Berişa, 90+2 (Kosovo)
Xal durumu: İsveç - 6, İspaniya - 4, Yunanıstan - 1 (1), Gürcüstan - 0, Kosovo - 0 (1)
C qrupu
22:45. Bolqarıstan - İtaliya - 0:2
Qollar: Andrea Belotti, 43 (pen.). Manuel Lokatelli, 83
22:45. İsveçrə - Litva - 1:0
Qol: Cerdan Şakiri, 2
Xal durumu: İsveçrə - 6, İtaliya - 6, Litva - 0 (1), Şimali İrlandiya - 0 (1), Bolqarıstan - 0
D qrupu
17:00. Qazaxıstan - Fransa - 0:2
Qollar: Usman Dembele, 19. Sergey Malıy, 44 (öz qapısına)
İstifadə olunmamış penalti: Kilian Mbappe, 75 (Fransa)
22:45. Ukrayna - Finlandiya - 1:1
Qollar: Junior Moraes, 80 - Teemu Pukki, 89 (pen.)
Qırmızı vərəqə: Vitali Mikolenko, 88 (Ukrayna)
Xal durumu: Fransa - 4, Finlandiya - 2, Ukrayna - 2, Bosniya və Herseqovina - 1 (1), Qazaxıstan - 0 (1)
F qrupu
20:00. Danimarka - Moldova - 8:0
Qollar: Kasper Dolberq, 19 (pen.); 48. Mikkel Damsqol, 22; 29. Yens Striger Larsen, 35. Matias Yensen, 39. Robert Skov, 81. Markus İnqvartsen, 89
22:45. İsrail - Şotlandiya - 1:1
Qollar: Dor Perets, 44 - Rayan Freyzer, 56
22:45. Avstriya - Farer adaları - 3:1
Qollar: Aleksandar Draqoviç, 30. Kristof Baumqartner, 37. Saşa Kalayciç, 44 - Sonni Raqner Nattestad, 19
Xal durumu: Danimarka - 6, Avstriya - 4, Şotlandiya - 2, Farer adaları - 1, İsrail - 1, Moldova - 1.
I qrupu
20:00. Albaniya - İngiltərə - 0:2
Qollar: Harri Keyn, 39. Meyson Maunt, 63
22:45. Polşa - Andorra - 3:0
Qollar: Robert Levandovski, 30; 55. Karol Sviderski, 88
22:45. San Marino - Macarıstan - 0:3
Qol: Adam Salai, 13 (pen.). Roland Şallai, 71. Nemanya Nikoliç, 88 (pen.)
İstifadə olunmamış penalti: Roland Şallai, 21 (Macarıstan)
Xal durumu: İngiltərə - 6, Polşa - 4, Macarıstan - 4, Albaniya - 3, Andorra - 0, San Marino - 0
J qrupu
20:00. Ermənistan - İslandiya - 2:0
Qollar: Tiqran Barseqyan, 53. Xoren Bayramyan, 74
22:45. Rumıniya - Almaniya - 0:1
Qol: Serj Qnabri, 17
22:45. Şimali Makedoniya - Lixtenşteyn - 5:0
Qollar: Enis Bardi, 7. Aleksandar Traykovski, 51; 54. Elyif Elmas, 62. İliya Nestorovski, 82 (pen.)
Xal durumu: Almaniya - 6, Ermənistan - 6, Şimali Makedoniya - 3, Rumıniya - 3, Lixtenşteyn - 0, İslandiya - 0.
Qeyd edək ki, turun 10 oyunu martın 27-də keçirilib.
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.
"Report"un məlumatına görə, B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.
F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.
I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.
Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində II turun növbəti matçı keçirilib.
"Report"un məlumatına görə, turun ikinci oyun gününün açılış qarşılaşmasında Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub.
Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.
Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur.