"Nant"ı Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununa yeni baş məşqçi çıxara bilər.
"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.
İddiaya görə, Liqa 1 təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Oktyabrın 16-da "Brest"lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu vəzifədə son matçı ola bilər. Kollektiv bu görüşdə də uduzsa, Kambuare qovulacaq.
Nant şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatı və avrokuboklarda ümumilikdə keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Nant" və "Qarabağ" arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II tur matçında "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.