Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək
Futbol
7 Fevral , 2023 12:26
Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.

22 mart.

20:00. Fransa – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

23 mart

23:00. Bosniya və Herseqovina – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

25 mart.

20:00. Azərbaycan – Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Son xəbərlər

Orphus sistemi