FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb

FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
Futbol
28 Fevral , 2022 21:52
FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb

FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

"Report"un məlumatına görə, ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda Moskva "Spartak"ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. Bundesliqa təmsilçisi oynamadan növbəti mərhələyə yüksələcək.

Rusiya millisi martın 24-də Moskvada Polşa seçməsinə qarşı dünya çempionatının pley-off matçına çıxmalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq. Bu cütün güclüsü finalda Polşa ilə üz-üzə gələcək. Həlledici qarşılaşmada qalib gələn kollektiv noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Rusiyanın qadınlardan ibarət milli komandası isə iyulun 6-dan 31-dək İngiltərədə təşkil olunacaq Avropa çempionatında iştirak etməli idi.

Son xəbərlər

Orphus sistemi