FIFA "Neftçi"yə qarşı şikayəti təmin etməyib

FIFA "Neftçi"yə qarşı şikayəti təmin etməyib FIFA "Neftçi"nin sabiq futbolçusu Harramiz Soaresin "ağ-qaralar"la bağlı şikayətini təmin etməyib.
Futbol
16 İyun , 2022 10:03
FIFA Neftçiyə qarşı şikayəti təmin etməyib

FIFA "Neftçi"nin sabiq futbolçusu Harramiz Soaresin "ağ-qaralar"a qarşı şikayətini təmin etməyib.

Bu barədə "Report"a klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev açıqlama verib.

Onun sözlərinə görə, San-Tome və Prinsipidən olan 32 yaşlı yarımmüdafiəçinin iddiası əsassız olduğu üçün paytaxt təmsilçisinin xeyrinə qərar qəbul olunub.

Allahverdiyev, həmçinin, Tunisin "Esperans" klubundan FIFA-ya şikayət etdiklərini, sabiq futbolçuları Sabir Buqrinin keçidi üçün təzminat ödənilmədiyindən qarşı tərəfə transfer qadağası qoyulduğunu təsdiqləyib.

Qeyd edək ki, "Neftçi" Harramiz Soareslə yollarını yanvarın 21-də ayırıb. Bundan sonra futbolçu FIFA-ya müraciət edərək, ona təzminat ödənilməli olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi