FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər
Futbol
- 23 dekabr, 2023
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
“Report” xəbər verir ki, bunu ali futbol qurumunun Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.
Azərbaycanlı futbol funksionerinin sözlərinə görə, “FIFA Forward” proqramı çərçivəsində bu dəstəyin gələcəkdə həyata keçirilməsi gündəmdədir.
“2016-cı ildə qurulan layihə çərçivəsində indiyə qədər FIFA-ya üzv olan 211 milli assosiasiyaya ümumilikdə 2,8 milyard dollar yardım edilib. Həmçinin müharibələr zamanı futbolu dayanma nöqtəsinə gələn ölkələrin zərər görən idman müəssisələri üçün də lazımi dəstək veriləcək”, - deyə E.Məmmədov söyləyib.
Son xəbərlər
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr
23:31
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
Digər ölkələr
23:12
Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir
Digər ölkələr