Bakı. 9 yanvar. REPORT.AZ/ FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Voravi Makudinin futbol fəaliyyətindən uzaqlaşdırılma müddəti daha 45 gün uzadılıb. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun Etika üzrə Arbitraj Palatası Hans-Yoahim Ekkertin sədrliyi ilə qərar verib.
Əvvəllər V.Makudi 1 il 4 aylıq şərh həbs cəzasına məruz qalıb. Səbəb kimi 2013-cü ildə Tailand Futbol Federasiyasında (FAT) keçirilmiş prezident seçkisinin saxtalaşdırılması göstərilib. 2015-ci il oktyabrın 7-də Etika Komitəsi onu futbol fəaliyyətindən 90 günlük uzaqlaşdırıb. Həmin diskvalifikasiyanın müddəti yanvarın 9-dək idi.
Qeyd edək ki, Voravi Makudi ötən ilin mayında FAT prezidenti vəzifəsindən kənarlaşdırılıb. Ölkənin idman rəsmiləri qərara alıb ki, qurum rəhbərinin prezident seçkisi müddətini uzatması qanunsuz olub. O, 2018 və 2022-ci il dünya çempionatlarının təşkilatçı ölkə seçimində korrupsiyaya yol verməkdə də şübhəli bilinir.