Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı

Futbol
  • 11 iyun, 2021
  • 15:06
Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşüb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüş Bakı Olimpiya Stadionunda gerçəkləşib.

E.Məmmədov AVRO-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.

Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.