Elmar Baxşıyev: "Qarabağ" layiqli qələbə qazandı"

Elmar Baxşıyev: "Qarabağ" layiqli qələbə qazandı" "Rəqib cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı".
Futbol
8 may 2023 19:39
Elmar Baxşıyev: Qarabağ layiqli qələbə qazandı

"Rəqib cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis ağır səfər matçına çıxdıqlarını bildirib: "Qarabağ" çempionatın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Bu matçdan da uğurlu nəticə ilə ayrılmağa çalışırdıq. Rəqibi də nəzərə almaq lazımdır. Hücumlarımızın qarşısını “Qarabağ” alırdı. Öndə daha çox oynamaq istəyirdik. Lakin rəqibin təzyiqi bizi məcbur etdi ki, meydanın özümüzə aid hissəsində oynayaq".

O, mövsümün sonunda istədikləri nəticəni əldə edəcəklərinə inamını vurğulayıb: "Qarşıda üç matçımız var. Futbolçularıma inanıram. Onlar əzmkarlıq göstərib çempionatda da istədikləri yerdə olacaqlar".

Son xəbərlər

Orphus sistemi