"Elfsborq" - "Qarabağ": İsveç və Azərbaycan klublarının avrokuboklarda 10-cu dueli - ARAŞDIRMA

"Elfsborq" - "Qarabağ": İsveç və Azərbaycan klublarının avrokuboklarda 10-cu dueli - ARAŞDIRMA UEFA Avropa Liqasında bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu İsveç və Azərbaycan təmsilçilərinin avrokuboklarda 10-cu qarşılaşması olacaq.
Futbol
12 Dekabr , 2024 11:56
Elfsborq - Qarabağ: İsveç və Azərbaycan klublarının avrokuboklarda 10-cu dueli - ARAŞDIRMA

UEFA Avropa Liqasında bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu İsveç və Azərbaycan təmsilçilərinin avrokuboklarda 10-cu qarşılaşması olacaq.

"Report" xəbər verir ki, ilk belə oyun 2013/2014 mövsümünə təsadüf edib.

Ağdam klubu eyni turnirin III təsnifat mərhələsində bu ölkənin "Gefle" komandasına rəqib olub. Hər iki görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 1:0, 2:0.

Bir il sonra "İnter" (hazırkı "Şamaxı") Azərbaycan çempionunun hazırkı rəqibi olan "Elfsborq"la üz-üzə gəlib. Səfərdə qalib gələn bakılılar (1:0), evdə eyni hesabla məğlub olub. Penaltilər seriyasında daha dəqiq olan (4:3) qonaqlar mərhələ adlayıblar.

"Qarabağ" 2016/2017 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Göteborq"u mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun yetirmələri Bakıda 3 cavabsız qola sevinib, səfərdə isə uduzub - 0:1.

Ağdamlılar 2023/2024 mövsümündə bu turnirdə "Hakken"ə də şans verməyib. "Köhlən atlar" H qrupunda rəqibini 2:1 və 1:0 hesabı ilə üstələyib.

Komanda son olaraq cari mövsüm Liqa mərhələsində Bakıda "Malmö"yə məğlub olub - 1:2.

Beləliklə, "Qarabağ" İsveç təmsilçiləri ilə dueldə 5 qələbə, 2 məğlubiyyətlə yadda qalıb. Topların nisbətindən də Azərbaycan çempionunun üstünlüyü var - 10:4.

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi