"Əl-Nəsr" Ronaldunu ilk dəfə start heyətinə daxil edib

Futbol
  • 14 fevral, 2026
  • 21:32
Əl-Nəsr Ronaldunu ilk dəfə start heyətinə daxil edib

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı futbol çempionatının XXII turunun "Əl-Fateh"ə qarşı səfər oyununda "Əl-Nəsr"in start heyətinə daxil edilib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Qarşıdakı oyun Ronaldu üçün yanvarın 30-dan bəri ilk matç olacaq. Həmin görüşdə portuqaliyalı qələbə qolunun müəllifi olub. Bundan sonra Ronaldu milli çempionatın iki oyununu və Asiya Çempionlar Liqasındakı matçı buraxıb.

Qeyd olunurdu ki, futbolçu komandanın görüşlərini boykot edib, çünki Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarə etməsindən narazı idi. Ronaldunun fikrincə, komanda "transfer pəncərəsi"ndə heyəti yetərincə gücləndirməyib. O, fevralın 9-da tətilə son qoyub.

"Əl-Nəsr" 49 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Komanda lider "Əl-Hilal"dan 4 xal geri qalır. "Əl-Fateh" 24 xalla 10-cu mövqedə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti