Dünya futbol tarixində ən sürətli qollardan biri vurulub

Dünya futbol tarixində ən sürətli qollardan biri vurulub Salvador yığmasının futbolçusu Xayro Enrikes tarixə düşüb
Futbol
17 Noyabr , 2021 12:57
Dünya futbol tarixində ən sürətli qollardan biri vurulub

Salvador yığmasının futbolçusu Xayro Enrikes tarixə düşüb.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi səfərdə Panamaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda fərqlənib.

O, 12-ci saniyədə hesabı açıb və mundialların seçmə matçlarında ən sürətli üçüncü qola imza atıb.

Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.

Qeyd edək ki, rekord belçikalı Kristian Bentekeyə məxsusdur. 31 yaşlı hücumçu 2016-cı ildə DÇ-2018-ə gedən yolda Cəbəllütariqı 6:0 hesabı ilə yendikləri qarşılaşmanın 8-ci saniyəsində fərqlənib.

San Marino millisinin sabiq üzvü Davide Qualtyeri 1993-cu ildə İngiltərəyə 1:7 hesabı ilə uduzduqları matçın 9-cu saniyəsində qol vurub.

Son xəbərlər

Orphus sistemi