"Qarabağ"ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü
"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında belə fikirləri qeyri-real adlandırıb.
"İstəməzdim ki, biz kiməsə qulluq edək" deyən Qurbanov, əksinə, hər kəsin diqqətinin Azərbaycan futboluna yönəldilməsini istəyib: "Həmin maddi yardımlar Azərbaycan futboluna yatırılsa, klubların sayı çoxalsa və daha keyfiyyətli futbolçular gəlsə, çempionatımızı 5-7 il əvvəlki səviyyəyə gətirib çıxarsaq, özümüzdə daha çox maraq olar. MDB adı altında keçiriləcək çempionat bu gün var, sabah olmaya bilər. Özümüzə güvənək".
Baş məşqçinin fikrincə, kiminsə bayrağı altında oynamaqdansa, daxili çempionatın səviyyəsini qaldırmaq lazımdır: "Qoy desinlər ki, Azərbaycan çempionatında oynasaq, daha yaxşı olar. Bu gün futbolçuların keyfiyyətinin artması üçün gedib Gürcüstan, Türkiyə və ya Rusiya çempionatında oynamaqla bağlı təkliflər var. Ancaq düşünürəm ki, gücü yerli çempionata və öz futbolçularımıza versək, daha yaxşı olar".