"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"
Futbol
- 10 oktyabr, 2022
- 18:50
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya "Zaltsburq"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.
Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.
Qeyd edək ki, FIFA Mahir Emrelini sabiq klubu olan Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.
Son xəbərlər
22:36
Türkiyənin Xorvatiyaya göndərilən yanğınsöndürmə təyyarəsi ilə əlaqə kəsilib
Region22:11
KİV: Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
Digər ölkələr22:06
Foto
Video
DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol21:44
Türkiyə hərbçilərinin cənazələri olan təyyarə Tbilisidən Ankaraya çatıb - YENİLƏNİB
Region21:28
Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Region21:25
Foto
Prokurorlar hərbi cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarına cəza istəyiblər
Hadisə21:21
Rusiyanın Xarkov bölgəsinə hücumu zamanı üç nəfər həlak olub
Digər ölkələr21:15
Foto
ACF prezidenti İmişlidə yeni fəaliyyətə başlamış cüdo zalına baxış keçirib
Fərdi21:13