Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq
Futbol
- 06 iyun, 2025
- 14:23
İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq.
“Report” “The Sun”a istinadən xəbər verir ki, onun adı Kral III Çarlzın gələn həftə rəsmi şəkildə elan edəcəyi siyahıya daxil edilib.
Fəxri adların verilməsi ilə bağlı keçirilən mərasimdən sonra 50 yaşlı sabiq futbolçu "Ser Devid", onun həyat yoldaşı Viktoriya Bekhem isə "Ledi Bekhem" kimi tanınacaq.
Qərar təkcə D.Bekhemin idman uğurları ilə deyil, həm də ictimai fəaliyyəti ilə bağlıdır. O, UNICEF və Kral Fondunun səfiridir. Həmçinin uşaqların, səhiyyənin və ətraf mühitin qorunması proqramlarını dəstəkləyir.
Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 2003-cü ildə OBE mükafatına da layiq görülüb. “Cəngavər” Bekhemin indiyə qədər aldığı ən yüksək fəxri ad olacaq.
Son xəbərlər
05:38
Rubio: ABŞ və Rusiya arasında dialoq vacibdir
Digər ölkələr05:18
Bolqarıstan qiymət artımı səbəbindən biznesə 100 milyon avro kompensasiya ayıracaq
Digər ölkələr04:57
Rubio: Kubada idarəetmə sistemi dəyişdirilməlidir
Digər ölkələr04:29
Tramp DTN-in şatdaununa görə fövqəladə vəziyyət elan edib
Digər ölkələr04:02
Foto
Türkiyə ilə Azərbaycan arasında media və kommunikasiyada əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib
Media03:49
Foto
Dünya Bankı Serbiyanın qaz sektoru layihələrinə dəstək verəcəyini bildirib
Digər ölkələr03:37
Merts: İran ətrafında münaqişə NATO-nun müharibəsi deyil
Digər ölkələr03:11
Tramp: ABŞ-nin növbəti hədəfi Kuba olacaq
Digər ölkələr02:52