DÇ-2022: Belarus - Uels oyununda het-trik və 3 penalti qeydə alınıb
Futbol
- 05 sentyabr, 2021
- 16:20
Futbol üzrə 2022-ci il dünya çempionatının Belarus və Uels yığmaları arasında keçirilmiş oyunu dramatik alınıb.
"Report"un məlumatına görə, Rusiyanın Kazan şəhərindəki Mərkəzi Stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan hər 3 qolu kapitan Qaret Beyl vurub. O, 5-ci və 69-cu dəqiqələrdə penaltidən fərqlənib. 90+3-cü dəqiqədə isə Beyl qələbə topunun müəllifi olub.
Daha bir penaltini isə 29-cu dəqiqədə meydan sahiblərindən Vitali Lisakoviç yerinə yetirib. Bundan cəmi 1 dəqiqə sonra Pavel Sedko Belarusun oyunda ikinci və yeganə qolunu vurub.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Uels E qrupunda 3 oyunla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Belarus isə 4 görüş keçirib və 4-cü yerdə gedir.
Son xəbərlər
08:32
Video
Leyla Əliyeva Gəncə səfərindən paylaşım edib
Daxili siyasət08:22
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:22
Kanada Baş nazirinin Pekinə səfərindən sonra Çindəki kanadalının ölüm hökmü ləğv edlib
Digər ölkələr08:02
Vuçiç Serb Respublikasının yeni prezidentini təbrik edib
Digər ölkələr07:55
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb
Digər ölkələr07:19
RNZ: Yeni Zelandiyada məsciddə 51 nəfəri öldürən şəxs günahını boynuna almayıb
Digər ölkələr06:48
ABŞ-İran münaqişəsi ilə bağlı narahatlıqların azalmasından sonra neft ucuzlaşıb
Energetika06:16
İlon Mask: "SpaceX" Ayda özünü təmin edən bir şəhərin inşasına üstünlük verəcək
İKT05:53