Rusiya Premyer Liqası klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Rusiya Premyer Liqası klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb
Futbol
25 İyun , 2021 10:03
Rusiya Premyer Liqası klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

"Report"un məlumatına görə, Premyer Liqa təmsilçisi son olaraq "Olimp-Dolqoprudni"də çıxış etmiş İlya Sadıqovla anlaşıb. "Ximki" 21 yaşlı vingerlə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Sadıqov yeni klubunda azərbaycanlı hücumçu Kamran Əliyevlə birgə çıxış edəcək.

Qeyd edək ki, İlya Sadıqov "Olimp-Dolqoprudnıy"ın kapitanı olub. O, başa çatan mövsümdə 25 matçda 4 qol vurub. "Olimp-Dolqoprudni" Peşəkar Futbol Liqasının qalibi olub və 2021/2022 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. Komandanın heyətində "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da yer alıb.

Son xəbərlər

Orphus sistemi