Ceyhun Sultanov: "Linkoln" öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir"

Ceyhun Sultanov: "Linkoln" öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir" "Bu komanda öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir".
Futbol
20 İyun , 2023 17:13
Ceyhun Sultanov: Linkoln öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir
Ceyhun Sultanov

"Bu komanda öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq "Linkoln"u barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu gün futbol çox dəyişib və hansısa komandanı asan rəqib adlandırmaq olmaz: "Ona görə də indidən fikir bildirmək çətindir. Mənə görə, şanslar bərabərdir. İlk matçdan sonra nəsə demək olar".

Veteran yarımmüdafiəçi bildirib ki, futbolda istənilən rəqibi ciddiyə almalısan: "Əks halda, hər şey ola bilər. Mənə görə, avrokuboklarda zəif komanda yoxdur".

Qeyd edək ki, "Qarabağ" ilk oyunu 11-12 iyulda səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi