Ceyhun Sultanov: "İsveçlə oyunda qələbə qazanmalıyıq"

Ceyhun Sultanov: "İsveçlə oyunda qələbə qazanmalıyıq" "Bu gün qələbə qazanmalıyıq".
Futbol
16 noyabr 2023 08:59
Ceyhun Sultanov: İsveçlə oyunda qələbə qazanmalıyıq
Ceyhun Sultanov

"Bu gün qələbə qazanmalıyıq".

Bunu "Report"a açıqlamasında millinin sabiq futbolçusu Ceyhun Sultanov komandanın Bakıda İsveçə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

44 yaşlı sabiq yarımmüdafiəçi bugünkü qarşılaşmada yığmaya uğurlar arzulayıb: "Millimizin qalib gəlməsini istəyirəm. Hər görüşə bu məqsədlə çıxmaq bizim borcumuzdur. Hədəfimiz belə olmalıdır".

Sultanov hazırda komandanın yaxşı dönəmdə olmadığını söyləyib: "Həmişə demişəm, qrupdan çıxmaq üçün oynamırıqsa, hansısa görüşdə xal qazanıb buna irəliləyiş demək düzgün deyil. Bundan söhbət belə gedə bilməz. Bu o zaman olar ki, sən qrupdan çıxmağı qarşına hədəf qoyursan və bunun üçün mübarizə aparırsan. Estoniyanı məğlub etmək irəliləyişdirmi? Mən belə deyə bilmərəm".

Keçmiş oyunçu millidə görüləcək işlərin çox olduğunu sözlərinə əlavə edib: "Əvvəlki vaxtlarla indiki dönəm arasında heç bir fərq yoxdur. Məncə, hətta irəli yox, geri gedirik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi