Çempionlar Liqasının pley-off mərhələsində eyni rəqibə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Çempionlar Liqasının pley-off mərhələsində eyni rəqibə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bir mövsümündə eyni rəqiblə oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Futbol
23 Mart , 2023 12:53
Çempionlar Liqasının pley-off mərhələsində eyni rəqibə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bir mövsümündə eyni rəqiblə oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

“Report”un qurumun saytına istinadən məlumatına görə, siyahıya argentinalı Lionel Messi başçılıq edir.

O, 2011/2012 mövsümündə İspaniya klubu “Barselona”da olarkən Almaniya “Bayer”inə qarşı iki görüşdə ümumilikdə 6 dəfə fərqlənib. Messini 5 qolla üç oyunçu izləyir.

Futbolçu

Qollar

Klubu

Mövsüm

Oyun

Cəmi

1-ci oyun

2-ci oyun

Lionel Messi

6

1

5

“Barselona”

2011-12

“Bayer”, Leverkusen – 3:1, 7:1

Kriştianu Ronaldu

5

2

3

“Real Madrid”

2016-17

“Bavariya” – 2:1, 4:2

Yosip İliçiç

5

1

4

“Atalanta”

2019-20

“Valensiya” – 4:1, 4:3

Erlinq Holann

5

0

5

“Mançester Siti”

2022-23

“Leyptsiq” – 1:1, 7:0

Son xəbərlər

Orphus sistemi