Çempionlar Liqasının ikiqat qalibi MLS-də çıxış edəcək

Çempionlar Liqasının ikiqat qalibi MLS-də çıxış edəcək İsveçrəli yarımmüdafiəçi Cerdan Şakiri karyerasını MLS-in (Əsas Futbol Liqası) "Çikaqo" komandasında davam etdirəcək.
Futbol
10 Fevral , 2022 00:58
Çempionlar Liqasının ikiqat qalibi MLS-də çıxış edəcək

İsveçrəli yarımmüdafiəçi Cerdan Şakiri karyerasını MLS-in (Əsas Futbol Liqası) "Çikaqo" komandasında davam etdirəcək.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı oyunçu ilə 2024-cü ilin sonunadək müqavilə bağlanılıb.

Şakirinin əvvəlki komandası Fransa "Lion"u olub. "Şirlər"in heyətində 2021-ci ilin yayından çıxış etmiş təcrübəli futbolçu 16 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər Almaniyanın "Bavariya" və İngiltərənin "Liverpul" klublarının heyətində Çempionlar Liqasının qalibi olub. Yarımmüdafiəçi İsveçrə yığmasında 100 matç ərzində 26 qol, 28 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, "Çikaqo" MLS-in Şərq Konfransı üzrə turnir cədvəlində 12-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib. Yeni çempionat fevralın sonlarında start götürəcək.

Son xəbərlər

Orphus sistemi