Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb
Futbol
- 05 may, 2022
- 13:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" komandasının qapıçısı Tibo Kurtua layiq görülüb.
30 yaşlı qolkiper İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri görüşdə 8 qurtarışla yadda qalıb.
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
21:49
Marko Rubio Özbəkistana səfər edib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda
21:08
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Fərdi
21:04
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Digər ölkələr
20:44
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
Fərdi
20:26
Foto
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Futbol
20:16
Foto
Video
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Hadisə
20:08
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi