Çempionlar Liqası: “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib

Çempionlar Liqası: “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.
Futbol
15 Aprel , 2024 12:08
Çempionlar Liqası: “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi Litva klubu “Panevejis” və ya Qazaxıstan komandası “Ordabasi” ilə qarşılaşa bilər.

Adıçəkilən klubların yer alacağı səbət daha əvvəl qeyri-müəyyən idi. Onların püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaqları artıq dəqiqləşib.

Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 13 komanda artıq bəllidir ki, onlardan 6-sı – “Qarabağ”, “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında olacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

Daha əvvəl “Vikinqur”un (İslandiya) səpələnməmişlərdə olacağı bilinirdi. TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun (Belarus) səbəti isə qeyri-müəyyəndir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Son xəbərlər

Orphus sistemi