Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
  • 01 noyabr, 2022
  • 22:02
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da 1/8 finala yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.

D qrupunda Fransada "Marsel"ə 2:1 hesabı ilə qalib gələn İngiltərə "Tottenhem" 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən Almaniya "Ayntraxt"ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb. 

Niderland "Ayaks"ı, Almaniya "Bayer"i, İspaniya "Barselona"sı və "Sportinq" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Məhəmməd Salah, 85. Darvin Nunyes, 90+8

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland) - 1:3

Qollar: Ceyms Tavernye, 86 (penalti) - Stiven Bergeys, 4. Məhəmməd Kudus, 29. Fransişku Konseysau, 89

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 15. "Ayaks" - 6. "Reyncers" - 0.

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xal durumu: "Portu" - 12, "Brügge" - 11. "Bayer" - 5. "Atletiko" - 5.

C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 2:0

Qollar: Benjamen Pavar, 32. Erik Çupo-Motinq, 72

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) - 2:4

Qollar: Tomaş Hori, 51; 63 - Markos Alonso, 6. Ferran Torres, 44; 54. Pablo Torre, 75

Xal durumu: "Bavariya" - 18. "İnter" - 10. "Barselona" - 7. "Viktoriya" - 0.

D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya) - 1:2

Qollar: Artur Qomes, 39 - Daiti Kamada, 62. Randal Kolo Muani, 72

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə) - 1:2

Qollar: Şansel Mbemba, 45+2 - Kleman Lanqle, 54. Pyer-Emil Höyberq, 90+5

Xal durumu: "Tottenhem" - 11. "Ayntraxt" - 10. "Sportinq" - 7. "Marsel" - 6.

23:40

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

"Report"un məlumatına görə, artıq B qrupunda mübarizəyə yekun vurulub.

Portuqaliyada İspaniyanın "Atletiko" (Madrid) komandasına 2:1 hesabı ilə qalib gələn "Portu" 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.

Almaniyada "Bayer"lə qolsuz heç-heçə edən Belçika "Brügge"si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xal durumu: "Portu" - 12, "Brügge" - 11. "Bayer" - 5. "Atletiko" - 5.

Qeyd edək ki, "Portu" və "Brügge" ilə yanaşı, İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ və Portuqaliyanın "Benfika" komandaları pley-offa vəsiqə qazanıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti