Çempionlar Liqası: Messinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub

Çempionlar Liqası: Messinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub
Futbol
30 Sentyabr , 2021 12:20
Çempionlar Liqası: Messinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub
Lionel Messi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Fransa PSJ-sindən Lionel Messi, İngiltərənin "Mançester Yunayted" klubundan Aleks Telles, Moldova "Şerif"indən Sebastyen Till, İspaniyanın "Atletiko" (Madrid) komandasından Antuan Qrizmann iddia edir.

Messi Parisdə İngiltərə "Mançester Siti"sinə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Telles evdə İspaniya "Vilyarreal"ını 2:1 hesabı ilə yendikləri qarşılaşmada qol vurub. Till İspaniyada "Real Madrid"i üstələdikləri oyunda qələbə topunun müəyyəlifi olub - 2:1. Qrizmann İtaliyada "Milan"ı eyni hesabla məğlub etdikləri matçda topu rəqib qapısından keçirib.

Son xəbərlər

Orphus sistemi