Çempionlar Liqası: Mahir Emreli və "Neftçi"nin legioneri "3-lük"də

Çempionlar Liqası: Mahir Emreli və "Neftçi"nin legioneri "3-lük"də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
2381
22 İyul , 2021 09:33
Çempionlar Liqası: Mahir Emreli və Neftçinin legioneri 3-lükdə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.

5 dəfə çərçivəni dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada ikinci sırada qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.

"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.

İlk sırada Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.

Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının II təsnifar mərhələsinin ilk oyununda Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi