Çempionlar Liqası: "Arsenal" "Portu"nu, "Barselona" "Napoli"ni qəbul edəcək

Çempionlar Liqası: "Arsenal" "Portu"nu, "Barselona" "Napoli"ni qəbul edəcək qarşılaşmalardan biri İngiltərədə, digər isə İspaniyada keçiriləcək
Futbol
12 Mart , 2024 09:06
Çempionlar Liqası: Arsenal Portunu, Barselona Napolini qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

"Report"un məlumatına görə, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

"Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edəcək. "Topçular"da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək. Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.

Son xəbərlər

Orphus sistemi