Çempionlar Liqası: "Araz"ın oyununun vaxtı dəyişdirildi

Çempionlar Liqası: "Araz"ın oyununun vaxtı dəyişdirildi Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.
Futbol
23 Noyabr , 2020 14:11
Çempionlar Liqası: Arazın oyununun vaxtı dəyişdirildi

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin idman direktoru Marat Salyanski məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, qarşılaşma daha əvvəl nəzərdə tutulduğu kimi noyabrın 29-da deyil, bir gün tez baş tutacaq. Salyanski bu addımın qarşı tərəfin istəyilə atıldığını bildirib: "Pandemiya ilə bağlı Yunanıstandakı vəziyyətə görə xahiş etdilər ki, oyun bir gün tez keçirilsin. Hətta vaxtı da dəyişdirdilər. Matç əvvəlcə 23:00-da başlamalı idi. Son qərara əsasən, görüşün start fiti Bakı vaxtı ilə saat 16:30-da veriləcək".

İdman direktoru səfər proqramının hələ bəlli olmadığını söyləyib: "Komanda üzvləri noyabrın 25-dən testdən keçəcəklər. Bundan sonra yekun heyət və səfər planı məlum olacaq".

Qeyd edək ki, cütün qalibi bir oyunla müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi