UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə İngiltərə və İspaniya klublarından ümumilikdə 6, Almaniya, Fransa, Niderland, Portuqaliya və Avstriya təmsilçilərinin hərəsindən 1 oyunçu düşüb.
Qapıçı: İvo Qrbiç ("Lill", Fransa)
Müdafiəçilər: Jerar Pike, Jordi Alba (hər ikisi "Barselona", İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Deyli Blind ("Ayaks", Niderland)
Yarımmüdafiəçilər: Jorjinyo ("Çelsi", İngiltərə), Riyad Mahrez ("Mançester Siti", İngiltərə), Noa Okafor ("Zaltsburq", Avstriya)
Hücumçular: Məhəmməd Salah ("Liverpul", İngiltərə), Leroy Sane ("Bavariya", Almaniya), Vinisius Junior ("Real Madrid", İspaniya).