"Çelsi" və "Tottenhem"in sabiq futbolçusu Koreya klubunun baş məşqçisi olub

"Çelsi" və "Tottenhem"in sabiq futbolçusu Koreya klubunun baş məşqçisi olub Tərəflər müddəti bir il olan müqavilə imzalayıblar
Futbol
25 Dekabr , 2024 09:29
Çelsi və Tottenhemin sabiq futbolçusu Koreya klubunun baş məşqçisi olub
Qustavo Poyet

İngiltərənin "Çelsi" və "Tottenhem" klublarının sabiq futbolçusu Qustavo Poyet Koreya təmsilçisi "Chonbuk Hyundai Motors"un baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Koreya klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər müddəti bir il olan müqavilə imzalayıblar.

Qeyd edək ki, Q.Poyet 2024-cü ilin mart ayında Yunanıstan millisinin baş məşqçisi postundan istefa verib. O, baş məşqçi kimi "Tottenhem", "Bordo" və "Betis" klublarını çalışdırıb.

Son xəbərlər

Orphus sistemi