"Çelsi" Ceydon Sançonu icarəyə götürüb
Futbol
- 31 avqust, 2024
- 07:46
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"dən Ceydon Sançonu icarəyə götürüb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, hücumçusu transfer pəncərəsinin son günündə London klubuna keçib.
24 yaşlı futbolçu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 2024/2025 mövsümünü məcburi satınalma şərti ilə icarə əsasında "Çelsi" klubunda keçirəcək.
Qeyd edək ki, 24 yaşlı ön xətt oyunçusu 2021-ci ildə 85 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. O, Mançester təmsilçisinin heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) komandasında keçirib.
Son xəbərlər
11:07
Azərbaycan əhalisi əczaçılıq xərclərini 24 %-ə yaxın artırıb
Maliyyə11:06
Markinyos PSJ-nin heyətində 40-cı titulunu qazanıb
Futbol11:02
Kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib
Maliyyə11:00
Gürcüstanda turistlərin düşdüyü qəzada 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr10:57
Metro rəsmisi: "Xətlərin ayrılması üçün birləşdirici tunel mürəkkəb geoloji şəraitdə inşa ediləcək"
İnfrastruktur10:50
"Birbank Star" kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Maliyyə10:46
Azərbaycanda kirayə mənzil fonduna daha 208 mənzil əlavə olunub
İnfrastruktur10:44
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Maliyyə10:43