"Çelsi" Belçika millisinin hücumçusu ilə müqaviləni yenilədi

"Çelsi" Belçika millisinin hücumçusu ilə müqaviləni yenilədi İngiltərənin "Çelsi" komandası futbolçusu Mişi Batşuayi ilə yeni müqavilə imzalayıb.
Futbol
430
10 Sentyabr , 2020 21:56
Çelsi Belçika millisinin hücumçusu ilə müqaviləni yenilədi
Mişi Batşuayi

İngiltərənin "Çelsi" komandası futbolçusu Mişi Batşuayi ilə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı hücumçunun sözləşməsinin müddəti 2022-ci ilin yayınadək uzadılıb.

Amma 27 yaşlı forvard qarşıdakı mövsümü London təmsilçisində keçirməyəcək. "Zadəganlar" onu "Kristal Pelas"a icarəyə verib.

Qeyd edək ki, Batşuayi 2016-cı ildə "Çelsi"yə keçib.

Son xəbərlər

Orphus sistemi