Canni De Byazi Türkiyəyə iki futbolçu üçün gedib

Canni De Byazi Türkiyəyə iki futbolçu üçün gedib Cahangir Həsənzadə: "Kiminlə danışıq aparılmasına və yığmaya cəlb edilməsinə baş məşqçi qərar verəcək. Bu cür yanaşma da bir az məntiqsizdir ki, harada azərbaycanlı varsa, hamısını buraya gətirək"
Futbol
3 Fevral , 2021 10:58
Canni De Byazi Türkiyəyə iki futbolçu üçün gedib
Canni De Byazi

Canni de Byazinin Türkiyənin Antalya şəhərinə səfəri sırf iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdır.

Bu barədə "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O bildirib ki, italiyalı mütəxəssis qardaş ölkəyə köməkçiləri ilə birgə yox, tək yollanıb.

Həsənzadənin sözlərinə görə, AFFA-nın xaricdə oynayan azərbaycanlı futbolçularla bağlı siyahısı geniş olsa da, hamısı ilə danışıqlar aparılmayıb: "Kiminlə danışıq aparılmasına və yığmaya cəlb edilməsinə baş məşqçi qərar verəcək. Bu cür yanaşma da bir az məntiqsizdir ki, harada azərbaycanlı varsa, hamısını buraya gətirək. Bu, artıqdır, çünki kifayət qədər keyfiyyətli yerli futbolçumuz da var. Hələlik Kamran Əliyev və Anatoli Nuriyevlə məşğuldurlar".

Qeyd edək ki, Kamran Əliyev Rusiyanın "Ximki", Anatoli Nuriyev isə Ukraynanın "Minay" klubunda oynayır. Əliyev hücumçu, Nuriyev isə hücumameylli yarımmüdafiəçidir.

Son xəbərlər

Orphus sistemi