Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik" "Oyundan razı qaldım, amma daha yaxşısı edə bilərdik".
Futbol
16 Noyabr , 2022 23:16
Canni De Byazi: Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik

"Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandaların sonadək mübarizə apardıqlarını bildirib: "Sadəcə, buraxdığımız qola görə məyus olduq. Vəziyyəti daha yaxşı idarə etmək olardı. Şahruddin Məhəmmədəliyev öz oyunu ilə qol buraxmamağa layiq idi. Bu gün yeni müdafiə xətti ilə çıxış etdik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukdan razı qaldım. Bəzi itkilərimiz var. Bədavi Hüseynovun yoxluğu istər-istəməz təsir edir. Ümid edirəm ki, martda keçirəcəyimiz seçmə mərhələ oyunlarına kimi hazır olacaq".

66 yaşlı baş məşqçi Şimali Makedoniya ilə səfərdə keçirəcəkləri matça da toxunub: "Onları yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən bu kollektivə rəqib olmuşam. Qarşıdakı matçda da uğurlu nəticə üçün çalışacağıq”.

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan oyunu noyabrın 20-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi