Canni De Byazi Emrelinin "Konyaspor"a keçidinə münasibət bildirib

Canni De Byazi Emrelinin "Konyaspor"a keçidinə münasibət bildirib Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın futbolçusu Mahir Emrelinin Türkiyə "Konyaspor"una keçidinə münasibət bildirib.
Futbol
17 Fevral , 2023 18:56
Canni De Byazi Emrelinin Konyaspora keçidinə münasibət bildirib

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın futbolçusu Mahir Emrelinin Türkiyə "Konyaspor"una keçidinə münasibət bildirib.

İtaliyalı mütəxəssis "Report"a müsahibəsində 26 yaşlı hücumçunun Superliqa təmsilçisində daha çox oynayacağına ümid etdiyini söyləyib.

Onun sözlərinə görə, forvardın stabil, fasiləsiz şəkildə meydana çıxması milli komanda üçün çox vacibdir: "Əfsuslar olsun ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda az oynayırdı. Ola bilsin ki, özü zəif və ya əsas heyətdəki rəqibləri çox güclü idilər. Bunun səbəbini dəqiq bilmirəm. Amma inanıram ki, Türkiyədə tez-tez oynayacaq. Onun martda milli komandaya yaxşı formada gəlməsi bizə çox lazımdır".

Canni De Byazinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi