Fransa Liqa 1-də XXXVI turun açılış oyununda "Lans və "Lill" komandaları qarşılaşıb.
"Report"un məlumatına görə, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarıda qolları "Lill"in türkiyəli hücumçusu Burak Yılmaz vurub. Hesabı 4-cü dəqiqədə penaltidən açan 36 yaşlı hücumçu 40-cı dəqiqədə uzaqdan zərbə ilə baxımlı qola imza atıb. O, 75-ci dəqiqədə yerini komanda yoldaşı və həmyerlisi Yusuf Yazıcıya verib.
Bu qələbədən sonra "Lill" 36 oyundan 79 xalla liderliyini davam etdirir və ən yaxın izləyicisi PSJ-dən 4 xal irəlidədir. Paytaxt təmsilçisi bu tur "Renn"in qonağı olacaq. Liqa 1 20 komandanın iştirakı ilə keçirilir və ümumilikdə 38 turdan ibarətdir.
Burak Yılmazın isə aktivində 15 qol var. O, "böyük 5-lik" çempionatlarında 35 yaşdan yuxarılar arasında ən çox qol vuran ikinci futbolçudur. Birinci yerdə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu 27 topla qərarlaşıb. "Milan"ın forvardı Zlatan İbrahimoviç də 15 dəfə fərqlənib.