"Borussiya"nın Londona səfəri futbolçusuna görə gecikib
Futbol
- 12 fevral, 2019
- 15:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem"lə matç üçün səfəri futbolçusuna görə gecikib.
Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib. 19 yaşlı ingiltərəli hücumçu sənəd üçün evə qayıtmağa məcbur olub. Uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilib.
Qeyd edək ki, "Tottenhem" - "Borussiya" matçı fevralın 13-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq.
Son xəbərlər
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region