"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi

"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi Yarımfinal matçı mübahisəli idi.
Futbol
8 Sentyabr , 2024 15:37
Birbaşa Bakının baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi

Yarımfinal matçı mübahisəli idi.

Bunu "Report"a açıqlamasında Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib.

Mütəxəssis oyun ərzində bir neçə qol şanslarını əldən verdiklərini söyləyib:

"40 dəqiqə ərzində üstün oyun nümayiş etdirdik, lakin bəzi şanslarımızı əldən verdik. Qrupumuzdan yarımfinala 3 komanda çıxıb. Bu da o deməkdir ki, çox çətin qrupa düşmüşdük".

Rumıniyalı məşqçi finalda qarşılaşacaqları "Brno" kollektivi (Çexiya) ilə oyundan əvvəl şanları dəyərləndirib:

"Final qalib gəlməli olduğumuz başqa bir oyundur. Şansları 50-nin 50-yə dəyərləndirirəm".

Qeyd edək ki, yarımfinalda Ukrayna təmsilçisi "Andezit"i penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi