"Beşiktaş" rəsmisi: "Azərbaycanda oyun keçirmək mümkündür, amma hazırda planda yoxdur"

"Beşiktaş" rəsmisi: "Azərbaycanda oyun keçirmək mümkündür, amma hazırda planda yoxdur" "Bu, doğru xəbər deyil"
Futbol
3 mart 2023 10:25
Beşiktaş rəsmisi: Azərbaycanda oyun keçirmək mümkündür, amma hazırda planda yoxdur

"Hazırda Azərbaycanda hansısa xeyriyyə matçı keçirmək planımızda yoxdur".

Bunu "Report"a açıqlamasında Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert deyib.

O, yerli mətbuatlarında yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib: "Bu doğru xəbər deyil".

Klub rəsmisi buna baxmayaraq, Azərbaycanda yoldaşlıq görüşü keçirə biləcəklərini də söyləyib: "Oradakı klublardan bizə istək gələ bilər. "Beşiktaş"la oyun keçirə və gəliri zəlzələdən əziyyət çəkmiş şəxslərə göndərə bilərlər. Həmin istəyi onlar və biz də irəli sürə bilərik. Amma hazırkı proqramda hansısa hazırlıq qarşılaşması yoxdur. Sadəcə, çempionat matçlarımız var. Lakin bu, yoldaşlıq görüşü keçirməyəcəyik mənasına da gəlməməlidir".

Erdal Cömert İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneşin iki gün əvvəl mətbuat konfransında Almaniyada və Azərbaycanda yoldaşlıq oyunu keçirə biləcəklərini söylədiyini diqqətə çatdırıb: "O deyib ki, planlaşdırılsa, biz yardım məqsədi ilə həmin ölkələrdə oynaya bilərik".

Qeyd edək ki, “Sabah” nəşri “Beşiktaş”ın Azərbaycanda yoldaşlıq matçı keçirəcəyini yazmışdı.

Son xəbərlər

Orphus sistemi