Belçikalı hücumçu "Zirə"nin təklifinə görə Niderland klubundan imtina edib

Futbol
  • 19 avqust, 2021
  • 06:32
Belçikalı hücumçu Zirənin təklifinə görə Niderland klubundan imtina edib
Loris Broqno

"Zirə" klubunun heyətinə qatdığı belçikalı futbolçu Loris Broqnonun karyerasını Niderlandda davam etdirmək ehtimalı olub.

"Report" "Bndestem" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisindən əvvəl "Nak Breda" 29 yaşlı hücumçunu transfer etmək istəyib.

"Zirə" oyunçuya Breda klubuna nisbətən daha yüksək maaş təklif edib. Broqno bu səbəbdən Azərbaycanda oynamağı üstün tutub.

Qeyd edək ki, "Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb.