"Bavariya" tarixində ilk dəfə öz meydanında "Frayburq"a uduzub

Futbol
  • 05 aprel, 2023
  • 05:01
Bavariya tarixində ilk dəfə öz meydanında Frayburqa uduzub

Almaniyanın "Bavariya" klubu tarixində ilk dəfə doğma meydanda "Frayburq"a uduzub.

"Report" xəbər verir ki, bu, ölkə kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib.

1:2 hesablı məğlubiyyət Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin yeni komandasında ikinci matçı olub.

"Bavariya" bu rəqibə qarşı evdə keçirdiyi əvvəlki 23 görüşdə 20 qələbə və 3 üç heç-heçə əldə etmişdi.