"Bavariya" Noyerlə müqaviləni uzadır

Futbol
  • 24 aprel, 2022
  • 11:17
Bavariya Noyerlə müqaviləni uzadır

Almaniya millisinin qapıçısı Manuel Noyer "Bavariya" ilə müqavilənin müddətini uzadacaq.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.

O, 36 yaşlı qolkiperin 1 illik yeni sözləşməyə imza atacağını yazıb.

Qeyd edək ki, Manuel Noyerin "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.