"Bavariya"da koronavirusa yoluxmuş futbolçuların sayı 9-a çatıb

Futbol
  • 05 yanvar, 2022
  • 15:25
Bavariyada koronavirusa yoluxmuş futbolçuların sayı 9-a çatıb

Almaniya "Bavariya"sında koronavirusa yoluxanların sayı artıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisində daha bir futbolçunun COVID-19 testi müsbət çıxıb.

Komandanın aparıcı yarımmüdafiəçisi Alfonso Deyvisdə infeksiya aşkarlanıb. Xəstəliyi simptomsuz keçirən 21 yaşlı oyunçu evində təcrid olunub.

Qeyd edək ki, bunadək "Bavariya"da daha 8 futbolçu koronavirusa yoluxub.

44 filmi