"Bavariya" "Çelsi"nin hücumçusu üçün danışıqlara başlayıb
Futbol
- 15 avqust, 2025
- 15:01
Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Çelsi"də çıxış edən Kristofer Nkunkunu heyətinə qatmaq üçün danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Münhen təmsilçisi hücumçu ilə müqavilə imzalamaq niyyətindədir. "Zadəganlar" isə forvardı satmağa hazırdır. Oyunçu özü də Almaniya klubuna keçməkdə maraqlıdır.
Qeyd edək ki, Nkunku ötən mövsüm "Çelsi" formasında 48 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt təmsilçisi ilə 2029-cu ilin yayınadək müqaviləsi var.
Son xəbərlər
16:56
Orban Avropada yaxınlaşan enerji böhranı barədə xəbərdarlıq edib
Digər ölkələr16:53
Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi baş tutub
Fərdi16:49
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb
Maliyyə16:39
Ötən gün respublika ərazisində qanunsuz saxlanılan 11 tüfəng aşkarlanıb
Hadisə16:39
Qətər və İtaliya Yaxın Şərqdəki eskalasiyanın enerji bazarı üçün nəticələrini müzakirə ediblər
Digər ölkələr16:31
SEPAH Küveytdəki ABŞ obyektlərinə və Bəhreyndəki "Patriot"a zərbələr endirib
Digər ölkələr16:23
Azərbaycanın U-19 qadın millisinin Avropa çempionatının seçmə mərhələsinin II raundu üçün heyəti açıqlanıb
Futbol16:16
Azərbaycan Belarusdan ketçup idxalını 18 dəfə artırıb
Biznes16:13