Qalmaqallı PSJ - "Başakşehir" matçı təxirə salındı

Qalmaqallı PSJ - "Başakşehir" matçı təxirə salındı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşma yarımçıq dayandırılıb.
Futbol
9 Dekabr , 2020 02:10
Qalmaqallı PSJ - Başakşehir matçı təxirə salındı
0 : 00
0 : 00

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı təxirə salınıb.

"Report"un məlumatına görə, bununla bağlı qərarı qitə futbol qurumu qəbul edib.

Qarşılaşma dekabrın 9-da, Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam edəcək.

01:04

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.

Görüşün 4-cü hakimi Sebastian Koltsesku meydana çıxmayacaq.

00:34

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, buna oyunun rumınyalı 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.

Qeyd edək ki, hazırda hesab 0:0-dır.

Son xəbərlər

Orphus sistemi