"Barselona"ya texniki məğlubiyyət verilə bilər

"Barselona"ya texniki məğlubiyyət verilə bilər "Osasuna" futnol klubu İspaniya çempionatının 27-ci turunun "Barselona" ilə oyunun nəticələrindən sonra Beynəlxalq Futbol Federasiyasının (FİFA) reqlamentinin mümkün pozulması ilə əlaqədar apelyasiya şikayəti verib.
Futbol
29 mart 2025 01:47
Barselonaya texniki məğlubiyyət verilə bilər

“Osasuna” klubu İspaniya çempionatının XXVII turdan təxirə salınmış "Barselona" ilə oyundan sonra FIFA-nın reqlamentinin mümkün pozulması ilə əlaqədar apellyasiya şikayəti verib.

“Report” xəbər verir ki, bu barədə "Osasuna"nın mətbuat xidmətindən bildirilib.

Klub hesab edir ki, kataloniyalı müdafiəçi İniqo Martines millidən qayıtdıqdan sonra bu görüşdə iştirak etmək hüququ olmayıb.

Qeyd edək ki, 33 yaşlı Martines zədə səbəbindən İspaniya millisinin heyətinə daxil edilməyib və Millətlər Liqasının 1/4 final mərhələsinin martın 20-də və 23-də Niderlanda qarşı oynamayıb. Martın 27-də isə" Osasuna" ilə matçda (3:0) 90 dəqiqə meydanda olub.

Martın 17-də İspaniya Kral Futbol Federasiyası (RFEF) Martinesin tibbi səbəblərə görə milli komandadan ayrıldığını açıqlayıb. FIFA qaydalarına əsasən, milli komandanı tərk edən və ya tibbi səbəblərə görə ona qoşulmayan futbolçu beynəlxalq fasilə bitdikdən sonra ən azı 5 gün klubda oynaya bilməz. Beynəlxalq fasilə martın 23-də başa çatıb.

"Osasuna" hesab edir ki, bu halda FIFA reqlamentinin icazə verdiyi qaydalara istisnalar tətbiq etmək mümkün deyil. Çünki Martinesin milli komandadan kənarlaşdırılmasının səbəbi tibbi problem olub. Apellyasiya şikayəti təmin olunarsa, "Barselona"ya texniki məğlubiyyət verilə bilər.

"Osasuna" 28 oyundan sonra 33 xalla turnir cədvəlində 14-cü, hesabında 63 xal olan "Barselona" birincidir. "Osasuna" növbəti oyunda "Atletik"lə səfərdə, "Barselona" isə evdə "Jirona" ilə qarşılaşacaq. Hər iki görüş martın 30-da baş tutacaq.

Orphus sistemi