"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib
Futbol
- 04 iyul, 2026
- 11:19
İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir.
Həftəlik 200 min funt-sterlinqdən çox maaş alan fransalının statusuna baxmayaraq, onun transferi "Mançester Yunayted" üçün prioritet hesab olunmur. Klub diqqətini orta xətti gücləndirməyə və yeni sol cinah müdafiəçisi tapmağa yönəldib.
Qeyd edək ki, 2025/2026 mövsümündə 47 oyunda meydana çıxan J.Kunde 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.
Son xəbərlər
22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05
Uitkoff: ABŞ, Rusiya və Ukrayna tezliklə üçtərəfli görüş elan edə bilərlər
Digər ölkələr21:41
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:29
Kabo-Verdedə avtobus qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb – YENİLƏNİB
Digər ölkələr21:11
Türkiyədə mikroavtobus su kanalına aşıb, 15 nəfər xəsarət alıb
Region20:58
Foto
Kiyevdə Zelenskinin Uitkoff və Kuşnerlə 4 saatlıq görüşü başa çatıb
Digər ölkələr20:47