"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq
Futbol
- 14 oktyabr, 2022
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Barselona"sı "Real Madrid"ə qarşı keçirəcəyi La Liqanın IX tur oyununa kanadalı tanınmış reper Dreykin loqosunun yer aldığı forma ilə çıxacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin "Spotify" internet musiqi xidməti ilə tərəfdaşlığı çərçivəsində baş tutacaq.
Klub ilk dəfə geyim dəstində öz loqosunu başqası ilə əvəz edəcək.
Anlaşmaya əsasən, formanın ön hissəsindəki bu dəyişiklik mövsümün gedişində daha tez-tez olacaq.
Qeyd edək ki, "Barselona" və "Real Madrid" arasında El-Klasiko oktyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Son xəbərlər
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr